Tenderlər
11.06.2024 / 19:48
FHN-dən nazirə məxsus olduğu deyilən şirkətə 320 minlik sifariş
49899
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi “Qafqaznet” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, şirkət qurumun əsas fondlara xidmət haqqı xərcləri ilə bağlı keçirdiyi tenderin qalibi olub.
Satınalma müqaviləsinin maliyyə dəyəri 320 016 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğludur.
"Qafqaznet" MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay