“AMM.M.Lİne” sifarişləri yerinə yetirməyib? – Şirkət etibarsız təchizatçı elan edildi
Dövlət satınalmalarında fəal iştirak edən “AM.M.Line” MMC etibarsız təchizatçılar siyahısına salınıb.
Valyuta.az xəbər verir ki, şirkət 15 mart 2025-ci ilədək satınalma müsabiqələrində iştirak edə bilməz.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərar qəbul edib.
“AMM. M.Line” MMC “qara siyahı”ya 15 mart 2023-cü il tarixdən salınıb.
Bundan 2 ay əvvəl şirkət Sumqayıt Şəhər İcra Hakimiyyətinin kotirovka sorğusunun qalibi seçilib.
“AMM.M.Line” MMC əsasən layihləndirmə işləri ilə məşğuldur.
Şirkət Balakən Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin layihləndirmə işləri ilə bağlı keçirdikləri satınalma müsabiqələrinin qalibi seçilib.
“AMM.M.Line” MMC 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənli Talıb Naib oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay