Tenderlər
29.05.2024 / 17:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası 1,5 milyona laboratoriya qurur
49051
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası xəstəxananın laboratoriyasını yenidən qurur.
Valyuta.az xəbər verir ki, bununla bağlı xəstəxananın elan etdiyi tenderə yekun vurulub.
Tenderin qalibi “SAĞLAM HƏYAT C.A” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası ilə “SAĞLAM HƏYAT C.A” MMC arasında “labaratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması” üçün 1.540.000 AZN-lik müqavilə imzalanacaq.
Kommersiya qurumlarının dövlət qeydiyyatı portalında yazılan məlumata görə, “Sağlam Həyat C.A” MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 14, m. 21-də yerləşir.
Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Kəsəmənli Ceyhun Aslan oğludur.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay