Agentlikdən keçmiş spikerin qardaşı oğluna məxsus olduğu deyilən şirkətə 600 minlik sifariş
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, şirkət Agentliyin tibbi avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Satınalma müqaviləsinin maliyyə dəyəri 617 500,74 manatdır.
"Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
İddialara görə şirkət keçmiş spiker Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsusdur. Cavid Əsədov Kamran Məmmədovdan əvvəl şirkətin qanuni təmsilçisi olub.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay