Bir ilin şirkəti “tender kralı”na çevrilir
Naxçıvan Dövlət Universiteti (NDU) “VNM İnvest” MMC-dən 92 238,83 manatlıq təsərrüfat malları alacaq.
Valyuta.az xəbər verir ki, şirkət NDU-nun bununla bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib.
“VNM İnvest” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur.
“VNM İnvest” MMC 1 ilin şirkəti olmasına baxmayaraq dövlət satınalmalarında fəal iştirak edir.
Şirkət artıq fəaliyyətinin 7-ci ayında Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının keçirdiyi kotirovka sorğusunun qalibi seçilib.
Ümumiyyətlə, “VNM İnvest” MMC 1 il ərzində toplam maliyyə dəyəri 1 180 493,27 manat olan 5 satınalma müsabiqəsinin qalibi olub.
Müsabiqələr əsasən təsərrrüfat malları və dəftərxana ləvazimatlarının satın alınması ilə bağlı keçirilib.
“VNM İnvest” MMC qısa müddət ərzində 1 milyonluq sifariş almasına baxmayaraq elə də populyar şirkət deyil.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir.
Şirkətin maddi-texniki bazasının hansı vəziyyətdə olduğu məlum deyil.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay