İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır
İnnovasiya və Təchizat Mərkəzi “Arash Medcial Company” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Valyuta.az xəbər verir ki, maliyyə dəyəri 369 576 manat olan müqavilədə tibb müəssisələrinin istifadəsində olan mövcud Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları üçün maye halında helium qazının (dolum xidmətləri daxil) satın alınması nəzərdə tutulur.
"Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkəti hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. QSC-nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur.
Mediada gedən məlumatlara görə, “Arash Medical Company” MMC-nin təsisçisi Cavid Əsədov adlı şəxsdir.
Bu şəxsin keçmiş spiker Oqtay Əsədovun qardaşı olduğu iddia edilir.
Cavid Əsədov 2011-ci ildə şirkətin qanuni təmsilçisi olub.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay