Tenderlər
09.01.2024 / 17:00
Turizm Agentliyi Madriddə 225 min manata stend quracaq
40118
“Azərbaycan Dövlət Turizm Agentliyi İspaniya Krallığının Madrid şəhərində 24-28 yanvarda keçiriləcək turizm sərgisində Azərbaycan Respublikası üçün açar təhvili üsulu ilə sərgi stendi quraşdıracaq”.
Valyuta.az xəbər verir ki, Azərbaycan Turizm Agentliyi bununla bağlı elan etdiyi tenderə yekun vurub.
Tenderin qalibi "AZİNTEREXPO" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Bağlanan müqaviləyə əsasən isə Agentlik bunun üçün isə 225.312,74 AZN xərcləyəcək.
Hüquqi ünvanl Salyan rayonu Şorsulu qəsəbəsi kimi göstərilən şirkətin qanuni təmsilçisi Ceyhun Cahangir oğlu Manafovdur. Şirkətin nizamnamə kapitalı isə 10 manatdır.
Qeyd edək ki, "AZİNTEREXPO" MMC Dövlət Turizm Agentliyinin ötən il elan etdiyi bir çox tenderin qalibidir.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay