Tenderlər
30.12.2023 / 21:56
Milli Observatoriya ayı 48 minə ofis icarəyə götürür
39702
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya iş adamı Alim Qiyasovla satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, maliyyə dəyəri 584 485,2 AZN təşkil edən müqavilə inzibati bina sahəsinin icarəsi ilə bağlıdır.
Müqavilənin şərtlərinə görə, Milli Observatoriya 2691 kvadratmetrlik sahəni 12 ay müddətinə icarəyə götürüləcək.
Beləliklə, ofisin aylıq icarəsi 48 707 manat təşkil edəcək.
Alim Qiyasov haqqında açıq mənbələrdə məlumatlar məhddudur. Media onu iş adamı kimi təqdim edir.
Alim Qiyasov bu ilin yanvarında da Milli Observatoriyanın inzibati bina sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı keçirdiyi tenderin də qalibi seçilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 347 814 AZN olub.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay