Cəlilabadda 60 minlik fasad təmiri
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyi Cəlilabad şəhərində Z.Əliyeva küç 28, 29 və İ.Zeynalov küç 120, 122 ünvanlarında yerləşən binalarının fasadlarının təmiri ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “ASA-Tikinti” MMC seçilib.
Şirkətin təklifi 61 994,94 AZN-dir.
“ASA-Tikinti” MMC 15 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonu, Təkadam kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Eldəniz Məhərrəm oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir. Bu “ASA-Tikinti” MMC-nin yeni yaranması ilə bağlı ola bilər.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır.
“ASA-Tikinti” MMC isə heç bir il deyil fəaliyyət göstərir. Şirkətin bu şərtlərə cavab verdiyi inandırıc görünmür.
“ASA-Tikinti” MMC Astara Rayon İcra Hakimiyyəti Astara şəhərində yaşayış binalarının əsaslı təmiri ilə bağlı kotirkovra sorğusunun qalibi seçilib. Həmin vaxt şirkətin yaranmasından 6 ay keçirdi.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay