Ağsuda 600 minlik abadlıq - Qalib yenə “Topxana Layihə İnşaat” şirkətidir
Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərində aparılacaq abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Topxana Layihə İnşaat” MMC seçilib.
Abadlıq işləri quruma 639 560 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
Şirkət 2021-ci ilədək “RRT LTD” Firması adı altında fəaliyyət göstərib.
“Topxana Layihə İnşaat” MMC tender kralı kimi tanınır. Şirkət əsasən yerli icra hakimiyyəti orqanlarının abadlıq və təmir-tikinti işləri ilə bağlı elan etdiyi tenderlərin qalibi seçilib.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay