26.10.2023 / 17:01
Abdin Fərzəliyevin nümayəndəsinin tenderi ləğv edildi
35331
Abşeron İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyinin tenderi ləğv edilib.
Valyuta.az xəbər verir ki, Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlı keçirilən tenderdə qanun pozuntuları aşkarlanıb.
Tender İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Xidmətinin məktubu əsasında ləğv edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Onun Xırdalan şəhəri üzrə nümayəndəsi isə Malik Məmmədovdur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay