24.10.2023 / 19:38
Sabirabadda 261 minlik abadlıq
35157
Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Sabirabad Şəhər Nümayəndəliyi "Elvi.M.M Services Group” MMC ilə 261 790,79 manatlıq satınalma müqaviləsi imzlayacaq.
Valyuta.az xəbər verir ki, şirkətin qurumun Sabirabad şəhərində abadlıq işlərinin aparılması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatrına görə "Elvi.M.M Services Group” MMC 11 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 834 127 AZN olan şirkətin hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsgəndərov Coşqun Fəxrəddin oğludur.
Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay