Gəncədə körpələr evi tikiləcək - 3,5 milyonluq layihəni hansı şirkət icra edəcək?
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesbalı Əsaslı Tikinti və Təchizat İdarəsi Gəncə şəhərində 10 nömrəli 240 yerlik körpələr evi-uşaq bağçasının tikintisi işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Meqaplus” Firması seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 558 021,95 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Meqaplus” firması 24 aprel 2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan firmanın hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 6/21, mənzil 14 ünvanında yerləşir. Firmanın qanuni təmsilçisi isə Seyidov Abuzər Bəkir oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rats gəlinmir.
“Meqaplus” Firması həm də elektron sayğac satır. Şirkət bununla bağlı bir neçə tenderin qalibi olub.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay