20.10.2023 / 08:42
“Azərişıq”ın 4,6 milyonluq işini bu İdarə görəcək
34899
“Azərişıq” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “19 saylı Təmir Tikinti İdarəsi” MMC olub.
“Azərişıq” ASC xarici elektrik təchizatı işlərinin satın alınmasına görə İdarəyə 4 milyon 681 min 536 manat 86 qəpik ödəyəcək.
Belə ki, Kəlbəcər (Yanşaq,Keşdək, Zod və Hospital), Laçın (Qaragöl və Zabux-Malıbəyli yolu) rayonları ərazisində yerləşən yaşayış məntəqələrində, Zəngilan və Qubadlı şəhər ərazisində yerləşən hərbi hissələrin xarici elektrik təchizatı işləri görüləcək.
Nizamnamə kapitalı 10 manat olan “19 saylı Təmir Tikinti İdarəsi” MMC-nin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Karl Marks, ev 67-də yerləşir. Şirkətin qanuni təmsilçisi Aslanov Loğman Fərəc oğludur.//Yeniavaz.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay