19.10.2023 / 17:18
Göygöldə icra nümayəndəliyinin keçirdiyi tenderdə qanunsuzluq
34874
Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri üzrə Nümayəndəliyinin keçirdiyi tenderin nəticələri ləğv edilib.
Valyuta.az xəbər verir ki, Göygöl şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev xiyabanında abadlıq işlərinin aparılması ilə bağlı keçirilən tenderdə “Dövlət Satınalmaları haqqında” Qanunun tələbləri pozulub.
Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Xidməti tenderin ləğvi ilə bağlı quruma məktub göndərib. Nümayəndəlik bu məktub əsasında tenderi ləğv edib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay