18.10.2023 / 17:45
Abdin Fərzəliyev Zəfər Gününə 212 min manat xərcləyəcək
34789
Abşeron Rayon İcra Hakimiyyəti Zəfər Gününə həsr olunmuş tədbirə 212 057,8 AZN xərcləyəcək.
Valyuta.az xəbər verir ki, icra hakimiyyəti bununla bağlı keçirdiyi tenderə yekun vurub. Tenderin qalibi “Proqress İnşaat EN” MMC qalib seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat EN” MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 44 günlük II Qarabağ müharibəsindən sonra noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay