Tenderlər
27.09.2023 / 22:13
Bu şirkət 33,7 milyonluq tenderin qalibi oldu - Ağdamın kəndində ev tikəcək
33426
Qarabağ iqtisadi rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “6-cı Mərtəbə” Müstəqil Şirkəti olub.
Yeniavaz.com xəbər verir ki, Xidmət Ağdam rayonu, Sarıcalı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınmasına görə “6-cı Mərtəbə” Müstəqil Şirkətinə 33 milyon 714 min 449 manat 37 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 20 manat olan “6-cı Mərtəbə” Müstəqil Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb xanım Səfərəliyeva, ev 64 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay