BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Azərbaycan mühərrik və sənaye yağlarının istehsalçısı olan "Technoil” MMC daha bir tenderin qalibi olub.

Qaynarinfo xəbər verir ki, şirkət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "Mersedes-Benz Vito” və "Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 121 982,5 AZN-dir. 

Beləliklə, şirkətin cari ildə qalib seçildiyi tenderlərin  sayı11-ə çatıb. Bundan əvvəl şirkət, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron Kanalının İstismarı İdarəsinin, Təcili Yardım Avtobazasının, "Azəraliminüm” MMC-nin, "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin, Ağdam Mexaniki Suvarma İdarəsinin, İmişli Suvarma Sistemləri İdarəsinin, Oğuz Suvarma Sistemləri İdarəsinin, Daxili Qoşunlar Baş İdarəsinin və Xocavənd Suvarma Sistemləri İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olub. 

Bu müsabiqələrin ümumi maliyyə dəyəri 1 964 646, 24 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.

Şirkətin təsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir. Elvin Hacıyev müsahibələrinin birində bu faktı gizlətməyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib. 

Bəzi iddialara görə, şirkətin tenderlərdə qalib seçilməsində bu amilin mühüm rolu var. 

Bu ilin iyun ayında "Technoil” MMC məhkəməyə verilib. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 
 

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər