
Tenderlər
22.09.2023 / 18:30
Qusarda daha bir məktəb tikiləcək
Qusar rayonunda daha bir məktəb tikiləcək.
Valyuta.az xəbər verir ki, yeni məktəb rayonun Kuzunqışlaq kəndində inşa ediləcək. Məktəb 220 şagird üçün nəzərdə tutulub.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təzhizat İdarəsi bununla bağlı tender elan edib.
Tender 24 oktyabra qədər davam edəcək.
Bundan əvvəl sözügedən idarə Qusar rayonunun Cibir kəndində 264 şagird üçün nəzərdə tutulan yeni məktəbin tikintisi ilə bağlı tender elan etmişdi.
Hüseyn
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay