BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32574

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC Mədəniyyət Nazirliyi üzrə keçiriləcək tədbir və digər proqramlarda istifadə olunacaq səhnə, səs və işıq avadanlıqlarının təmin edilməsi xidmətlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Mozg Media Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 367 605,4 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Mozg Media Group” MMC 14 iyul 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 120/23, mənzil 27-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəzadə Zaur Mübariz oğludur. 

“Mozg Media Group” MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının elektron portalına yerləşdirilən tender elanlarından məlum olur ki, şirkət satınalma müsabiqələrində fəal iştirak edir. 
Bu arada qeyd edək ki, Mədəniyyə Nazirliyi ötən il “Mozg Media Group” MMC ilə ümumi maliyyə dəyəri 1 018 640 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb. Müqavilələr Mədəniyyət Nazirliyi tərəfindən keçiriləcək tədbirlər, festivallar və digər proqramlarda səhnələrin, səs sistemlərinin, işıqlandırma, lazer və digər avadanlıqların icarə xidmətləri ilə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və "Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı tədbir üçün səhnə avadanlıqlarının quraşdırılması üzrə xidmətlərin satın alınması ilə bağlı olub. 

Şirkətin qanuni təmsilçisi Zaur Mirzəzadə "Azərbaycanfilm" kinostudiyasının prodüseridir. 

Azərbaycanın mədəniyyət naziri Adil Kərimlidir. O, 2023-cü ilin aprelindən bu vəzifədədir. 

Ötən il Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində qurumun bir neçə yüksək vəzifəli şəxsi saxlanılıb.

Hüseyn
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin