BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
26429

Təhsil Tələbə Kredit Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. 

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Proyekt” MMC (VÖEN- 1401949901) olub. 

Təhsil Tələbə Kredit Fondu “Proyekt” MMC-dən ofis sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofis üçün 90 min manat ödəniləcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsiylə bağlı məlumatlar dövlət satınalmalar portalına yerləşdirilməyib.

Qeyd edək ki, “Proyekt” MMC 04.04.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun kürəkəni Cümə Əhmədzadə və Umarov Nadir Osman oğlu tərəfindın təsis olunub. Hazırda MMC-nin direktoru Nadir Umarovdur.

İcarəyə götürülən ofisin hansı ünvanda yerləşdiyi açıqlanmasa da, Təhsil Tələbə Kredit Fondu Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 16E ünvanında yerləşir. Bu ünvan isə “Time Business Centre” adlı plazanın ünvanıdır. “Time Business Centre”nin sahibinin kim olduğu bilinməsə də, bu biznes mərkəzinin rəsmi veb saytı “timetower.az” domen adının sahibi Cəlal Muxtarlı Kamal oğludur. Cəlal Muxtarlı eyni zamanda Cümə Əhmədzadənin 2011-ci ildə təsis etdiyi başqa bir şirkətin - “Advisors CO” MMC-nin (VÖEN – 2001846821) də əməkdaşıdır.

Cəlal Muxtarlının da Əhməd Əhmədzadə ilə eyni rayondan - Qax rayonundan olduğu bildirilir. Cəlal Muxtarlının atası Kamal Muxtarlının 1992-93-cü illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı olduğu deyilir. Kamal Muxtarlı 1995-98-ci illərdə AXCP-nin, 1998-2000-ci illərdə isə Müsavat Partiyasının üzvü olub. 2000-ci ildə bəyanat yayaraq Müsavat Partiyasından istefa verib.

Onu da qeyd edək ki, hazırda Qax rayon İcra Hakimiyyətinin başçısı Əhməd Əhmədzadənin xalası oğlu Musa Şəkiliyevdir.

Xatırladaq ki, Əhməd Əhmədzadənin yaxın ətrafı yüksək vəzifələrdə olmaqla bərabər geniş biznes şəbəkəsinə də sahibdirlər. Təhsil Tələbə Kredit Fonduna 90 min manata ofis icarəyə verən “Proyekt” MMC-nin təsisçisi olmuş Cümə Əhmədzadə həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı şirkətlər təsis edib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin