BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
26118

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəyə götürülmsiylə bağlı tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN – 1400576242) olub. Dövlət Əmək Müfəttişliyi Xidməti Fəridə Hüseynalı qızı Orucovaya  məxsus 980 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq Fəridə Hüseynalı qızı Orucovaya  163 min 548 manat 96 qəpik (ayda 13 min 629 manat) ödəyəcək.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir-çoxu ofis sahələrini icarəyə götürürlər:

- Ötən ayın son günlərində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib. Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amil Qinyaz oğluna məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Bayramov Amil Qinyaz oğluna 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək.

- Ötən ayın əvvəlində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək.

- Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək.

- Bu ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi "Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, "Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir.

- Bu ilin may ayında Nazirliyin tabeliyində olan Dost İş Mərkəzi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. Nazirlik Əşrəf Səxavət oğlu Səfərova məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 213 min 432 manat ödəyəcək.

- Bunlardan başqa bu ilin yanvar ayında Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi üçün ofis sahəsinin və anbarın icarəsi üçün "Çinar Park” MMC (VÖEN – 1500764231) ilə 566 min 592 manatlıq müqavilə imzalanıb.

- Əvvəlki illərdə Nazirliyin tabeliyində olan DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Həsənova Qaze Həsən qızına (VÖEN – 1600110362) 12 ay üçün 556 min 200 manat ödəyib.

- Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı üçün 235 kv. metr ofis sahəsini icarəyə götürüb və Şirinov Faiq Nizami oğluna (VÖEN – 1306883522) 36 ay üçün 90 min manat ödəyib.

- DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 1900 kv. metr ofis sahəsini icarəyə götürüb və Kərimov İlqar İsmayıl oğluna (VÖEN – 1505343002) 12 ay üçün 167 min 808 manat ödəyib.

- DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün 1000 kv. metr ofis sahəsini icarəyə götürüb və "Çinar Park” MMC (VÖEN – 1500764231) 12 ay üçün 148 min 680 manat ödəyib.

- DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Bakı Avrasiya Universitetinə (VÖEN – 1500008331) 12 ay üçün 630 min manat ödəyib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin