\"Azərsu” ASC-nin yeni binasını tikən şirkət müqavilənin pozulduğunu iddia edir
Ölkənin aparıcı şirkətlərindən biri olan “Akelık Group” MMC (VÖEN- 1501817351) “Azərsu” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanov tərəfindən baxılacaq.
Bildirilir ki, məhkəmə iddiası podrat müqaviləsi üzrə mübahisələrlə bağlı irəli sürülüb.
Məlumat üçün qeyd edək ki, əvvəlki adı “ALKE İnşaat Sanaye ve Ticaret” ASC olan "Akelik Group" MMC-nin 20.05.2011-ci ildə dövlət qeydiyyatına alındığı və nizamnamə kapitalının 33 milyon 14 min 681 manat olduğu göstərilir. Qanunu təmsilçisi Rasim Babayev olan ASC-nin Nərimanov rayonu Əhməd Rəscəbli küçəsi 2, ev 26 ünvanında yerləşdiyi bildirilir.
Onu da bildirək ki, "Akelik Group" MMC -nin veb-səhifəsində - "akelik.az"da şirkətin dünyanın bir çox ölkəsində iri layihələr həyata keçirdiyi qeyd olunur.
Şirkətin Azərbaycanda da böyük layihələr icra etdiyi barədə məlumatlar mövcuddur. "Alke İnşaat Sənaye və Ticarət" ASC -nin 05.09.2017-ci il tarixində "Azərsu" ASC ilə ümumi dəyəri 74 milyon 970 min 742,65 manat dəyərində tender müqaviləsi bağladığı bidirilir. Müqaviləyə görə, "Alke İnşaat Sənaye və Ticarət" ASC "Azərsu" ASC-yə məxsus yeni inzibati binanın tikintisini tamamlayacaq.
Bundan başqa "Akelik Group" MMC Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisi üçün "Azərsu" ASC –dən 21 milyon 714 min, Ağdaş şəhərindəki kanalizasiya kollektorunun tikintisi üçün isə 29 milyon 472 min 94 manat 99 qəpik vəsait alıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay