BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
25114

15 gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) inzibati binasının əsaslı təmiri üçün 13,4 milyon manat vəsait ayırıb. Məlumata görə, bərpa prosesini “Cronos Construction” şirkəti icra edəcək. Tərəflər arasında müqavilə artıq imzalanıb və şirkətə 13 milyon 449 min 826 manat pul ödənilib. Məlumdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası tarixi bir binadır. Ona görə də tarixiliyə xələl gətirməyən bir təmirə ehtiyac var.

Maraqlıdır, 13,4 milyon manata tarixilik qorunmaqla bərpa prosesində hansı işlərin icrası nəzərdə tutulur? Ümumiyyətlə, bu vəsait xərcə adekvatdırmı?

Valyuta.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirib ki, ayrılan hər bir vəsaitin smetası tutulur:

“İlk olaraq smetaya baxmaq lazımdır ki, orada hansı işlər nəzərə alınıb. Bakı Şəhər İcra Hakimiyyətinin binası tarixi abidədir, 100-dən çox yaşı var. Onun çoxlu dekor elementləri mövcuddur, ola bilsin ki, onlar bərpa olunmalıdır. Bərpa işi isə bahalı işdir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti binasının çox dərin zirzəmiləri var. Yadıma gəlir, elə özüm BŞİH-in baş memarı işlədiyim dövrdə hər il baharda həmin zirzəmiləri su basırdı. Yerin altından su qalxırdı, heç kim də suyun mənbəyinin haradan olduğunu bilmirdi. Bir müddət sonra sular çəkilirdi. Bəlkə, indi orada drenaj (qurutma) işlərinin görülməsi nəzərdə tutulub. Həmçinin binanın təmirə ehtiyacı olan qapısı, pəncərəsi, daxili qapıları, damı var. Dirəkləri də çürümüş ola bilər. Bütün bunlar isə ucuz başa gələn işlər deyil”.

Azərbaycanın tanınmış memarı Cahid Həsənov isə diqqətə çatdırıb ki, tarixi binaların bərpasının xərci yeni tikilən binanın xərcindən çox olur:

“İkimərtəbəli tarixi binanın bərpa xərci onmərtəbəli yeni binanın xərci qədər olur. Bakı Şəhər İcra Hakimiyyətinin binası da tarixi binadır. Bir memarlıq abidəsidir. Amma bu gün konkret olaraq dəqiq detalları ilə layihə dəyərinə hansı işlərin görüləcəyini demək çətindir. Düzü, təmiri üç milyona da, on üç milyona da həyata keçirmək olar. Belə baxanda, binanın xarici görkəmində bir neçə qopma, çökmə detalları bərpa olunur. Onlara isə o qədər də xərc çıxmır, xüsusilə də BŞİH binasında. Ancaq təmirin hansı istiqamətdə aparılacağını bilmədiyim üçün vəsaitin nə qədər tutacağını dəqiq deyə bilmərəm. Elə tarixi bina olur ki, orada möhkəmləndirmə işləri aparılır. Bu isə çox vəsait tələb edir”.

Memar vurğulayıb ki, interyerə qoyulan xərc binanın fasadına qoyulan xərcdən dəfələrlə çoxdur:

“Tarixi binaların interyeri bayırdan, açıq məkandan görünmür. Onun içini tam şəkildə bahalı materiallarla yenidən qurmağa elə də ehtiyac yoxdur. Əgər bu yol seçilsə, təbii ki, xərc çox olar. İnteryerin təmirinə izafi xərclərin olması qəti şəkildə düzgün deyil. Heç interyerə suvaq vurulması da düzgün deyil. Həm tarixiliyin qorunması önəmlidir, həm də investisiya baxımından əlavə xərclərə ehtiyac yoxdur. Bir müddət əvvəl tarixi binaların fərqli formada bərpası dəbə düşmüşdü. Onun üzlük materialları yonulurdu, buna isə milyonlarla vəsait xərclənir. Üstəlik, 100 illik binanın üz qabığının yonulması onun tarixiliyinə xələl gətirir. Ümid edirəm ki, BŞİH binasında, heç olmasa, bunu etməzlər. Çünki əgər üzü yonulsa, tarixiliyi itəcək və turistləri də cəlb etməyəcək”.

Qeyd edək ki, təxminən iki həftə öncə ayrılan vəsaitin xərclənmə mexanizmi, bərpa prosesinə hansı işlərin daxil edildiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.

BŞİH Mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, binanın təmiri və restavrasiyasına aid sənədləşmə prosesi (ilkin smetanın hazırlanması, tenderin elan edilməsi) aparılıb:

“Lakin işin icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaiti ayrılmayıb”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin