MİDA yaşayış kompleksi üçün 1 milyon manat xərcləyəcək - TENDER
“MİDA” MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik sayğaclarının alınıb quraşdırılması və istismara verilməsinə 1 milyon manatdan çox vəsait yönəldəcək.
Valyuta.az İnterfax.az-a istinadən xəbər verir ki, “www.etender.gov.az” saytında dərc olunmuş məlumatda, MİDA-nın “Electro Construction” QSC ilə müvafiq müqavilə bağladığı qeyd edilib.
Müqavilənin dəyəri 1 milyon 86,072 min manatdır.
Yaşayış kompleksi Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunur.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay