DİN-dən 17 milyon manatlıq tender - xüsusi geyim və ayaqqabılar alınacaq
Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi xüsusi geyim və ayaqqabıların satın alınması üçün ümumilikdə 17 milyon 476,168 min manatlıq 3 müqavilə bağlayıb.
Valyuta.az xəbər verir ki, www.etender.gov.az saytında dərc olunmuş məlumatda, birinci müqavilə “Bakı Tikiş Evi” ASC ilə imzalanıb və palto, plaş palto, mont, kostyum, yay şalvarı və yubkaların satın alınmasını nəzərdə tutur.
Müqavilənin dəyəri 6 milyon 954,8 min manatdır.
“BlackRamsUniform” MMC ilə bağlanmış müqavilə isti qış gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər və digər xüsusi geyimlərin satın alınmasını nəzərdə tutur.
Müqavilənin dəyəri 6 milyon 663,056 min manatdır.
Üçüncü müqavilə “Elmanado” MMC ilə bağlanıb və ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışının satın alınmasını nəzərdə tutur.
Müqavilənin dəyəri 3 milyon 858,312 min manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay