BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
50521

İyunun 24-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq Məzun günü” keçirilib.

Bu barədə Valyuta.az-a İZİA-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, Mərkəzin müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.

“Məzun günü”nün təşkil olunmasının əsas məqsədi məzunlarla əlaqələri daha da genişləndirmək, müvəfəqiyyətli məzunların nümunəsində onları gələcək uğurlara ruhlandırmaq, tələbələrin təhsilə marağını artırmaq və onların mərkəzin ictimai həyatında fəal iştirakın təmin etməkdən ibarətdir.

Qonaqları salamlayan İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov əlamətdar və sevincli gün münasibətilə bütün məzunları, onların valideynlərini, eləcə də müəllim heyətini təbrik edib və ən xoş arzularını çatdırıb.

Bildirilib ki, bu il Peşə Təhsil Mərkəzini 10 ixtisas üzrə 114 tələbə bitirir. Mərkəz tərəfindən tələbələrə iş tapmalarında daim dəstək göstərilib, belə ki 70  faizdən çox tələbə müxtəlif sahələrdə işlə təmin edilib.

Həmçinin 2024-2025-ci tədris ili üzrə Peşə Təhsil Mərkəzinə qəbul yerlərinin sayı 3 dəfədən çox artırılaraq 600 nəfər tələbəyə çatdırılıb. Bu il qəbul 13 ixtisas üzrə həyata keçiriləcək. Mərkəzə qəbul olan tələbələr həm dövlət hesabına, həm də ödənişli əsaslarla təhsil ala bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər. Qəbul müsahibə yolu ilə aparılır. Müsahibədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edirlər.

Eyni zamanda diqqətə çatdırılıb ki, ölkəmizdə keçiriləcək COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur.

Qeyd edilib ki, İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar.

Bundan başqa tədbirdə çıxış edən digər natiqlər təhsil müəssisəsini uğurla başa vuran tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin