Azərbaycanda alim olmaq istəyənlər ən çox hansı sahələrdə araşdırma aparırlar? – Siyahı
Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2 552 nəfərin 540-ı iqtisad, 413-ü texnika, 250-si filologiya, 172-si tibb, 148-i pedaqogika, 127-si biologiya, 112-si siyasi, 105-i yer elmləri, 95-i tarix, 92-si hüquq, 86-sı aqrar, 73-ü riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Valyuta.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statisitka Komitəsi açıqlayıb.
Bildirilir ki, doktorantların 111 nəfəri filologiya, 72 nəfəri iqtisad, 55 nəfəri texnika, hər birində 48 nəfər olmaqla 96 nəfəri tibb və biologiya, 42 nəfəri aqrar, 37 nəfəri tarix, 33 nəfəri kimya, 30 nəfəri yer elmləri, 28 nəfəri hüquq, hər birində 19 nəfər olmaqla 38 nəfəri sənətşünaslıq və pedaqogika, 16 nəfəri siyasi elmlər, 15 nəfəri riyaziyyat, 35 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay