BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
40757

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Valyuta.az-a verilən məlumata görə, idarə ötən ilin 13-14 noyabrında həmin məktəbdəki neqativ hallarla bağlı yoxlama aparıb.

Qeyd olunub ki, məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir Şəhər Prokurorluğu, həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları yoxlamalara başlayıb: "Aparılan yoxlamaların nəticələrinə və eləcə də Mingəçevir şəhər Prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılmış və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaq.

Mingəçevir Şəhər prokrurorluğundan verilən məlumata görə isə məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb: "Araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır".

Məlumat üçün bildirək ki, məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Britaniya zonasında neft və qaz tapıb, indi çıxarmağa hazırlaşır - The Telegraph

İnnovasiya və Təchizat Mərkəzi 4 milyonluq dərman alır

"MAKITA BAKI" cərimələndi

Fiziklər illərlə axtardıqları sirli elementar hissəciyi kəşf etməyə yaxınlaşdılar

Keçmiş işçisi "Amrahbank"dan nə tələb edir?

Rusiyada Ukraynanın “Xortitsa” araq istehsalçısının keçmiş aktivləri həbs edildi

Agentlik Bakıda 165 minlik tədbir keçirəcək

Nikkei: Yaponiya 2040-cı ilə qədər yaşıl enerjinin inkişafı strategiyasını hazırlayacaq

İki şirkət arasında podrat qalmaqalı

Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtonun sanksiya siyasətinin faydasız olduğunu dedi

Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü (FOTO)

Tanınmış aparıcı vəzifəyə təyin olundu

ABŞ nəhayət Rusiyadan uran idxalına qadağa qoydu

Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub

Nasaz nəqliyyat vasitələrinin sahiblərinin NƏZƏRİNƏ: Sabahdan etibarən cərimələnə bilərsiniz

ABŞ yeni tariflərlə Çinə ticarət təzyiqini artıracaq

Mərkəzi Bank keyfiyyətsiz xidmət göstərən sığorta şirkətlərini açıqlayıb - Xalq Sığorta yenə öndə

Nazir direktoru təqaüdə göndərdi

Nazir direktoru təqaüdə göndərdi

Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? - VİDEO

Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərində görülən işlərin vəziyyəti açıqlanıb

AK İspaniyanı "Huawei"yə qarşı məhdudiyyətləri sərtləşdirməyə çağırır

Kənd təsərrüfatı məhsullarının qiyməti niyə ucuzlaşmır? (AÇIQLAMA)

İş adamı Dövlət Gömrük Komitəsini məhkəməyə verdi

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir, adı dəyişdirilir

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir, adı dəyişdirilir

Azərbaycan və İtaliya biznes dairələri arasında görüş keçirilib

Aqrar sığorta fəaliyyəti üzrə sertifikat imtahanına qeydiyyat aparılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin