BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
40418

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.

Qeyd edək ki, I sinfə qəbulla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 1 ay ərzində (15 yanvar-15 fevral 2024-cü il tarixlərində) 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər.

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya [email protected] elektron poçtuna yazmaq tövsiyə olunur.

Uşaqların I sinfə elektron qeydiyyatı prosesində məktəblər üzrə ərazi prinsipinin tətbiqindəki yeniliklərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının qarşısının alınması, vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu elan olunduqdan sonra əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilir.

Paytaxt məktəbləri üzrə dislokasiya

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar

İşçidən istirahət günlərində işləməsini tələb etmək olar?

Rayondan Bakıya oxumağa gələn tələbəyə lazım olan bir illik məbləğ – 15-18 min manat

Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıb

“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama

“Minimum əmək haqqı artımı iki rəqəmli ola bilər” – Deputat

“Minimum əmək haqqı artımı iki rəqəmli ola bilər” – Deputat

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb

Əlilliyin qiymətləndirilməsi ilə bağlı ekspertiza göndərişlərinin verilməsi qaydası dəyişib

Ölkədə nə qədər orta sahibkarlıq subyekti var?

Azərbaycanda idxalı və satışı ƏDV-dən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı təsdiq edilib

Bu şəxslər də təhsil kreditləri ala biləcəklər

Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA

Hansı banklarda aktiv təcrübə proqramları var?

Azərbaycanın xaricə at satışından gəliri artıb

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bu il Azərbaycan 8 milyon tona yaxın neft-kondensat ixrac edib

Dolların dünya bazarındakı son vəziyyəti

Avro, rubl və lirə bahalaşdı - Məzənnə

“AtraBank” və “Texnika Bank”ın əmlakları hərraca çıxarılır

Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

“Bank of Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

Mayın sonunadək Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

Azərbaycan neftinin qiyməti bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.05.2024)

Süni intellekti hərbi sahəyə də daxil edən ölkə

Bu gün Şuşa şəhərinə növbəti köç yola salınır - FOTO / VİDEO

Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin