BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
40141

Azərbaycanlı tələbələr müxtəlif ölkələrdə təhsil alır və bunların içərisində təqaüd proqramları ilə təhsil alanlar da çoxdur. Müxtəlif ölkələrin təqaüd proqramları çərçivəsində həyata keçirilən təhsil forması var. Bu təqaüd proqramları bəzən tələbənin təhsil haqqını, bəzən həmin ölkədə yaşam xərclərini də qarşılayır. 

Maraqlıdır, Azərbaycan dövləti əcnəbi tələbələr üçün hansı təqaüd proqramlarını təklif edir? Bu proqramlar təhsilin hansı pilləsini əhatə edir və təhsil xərcləri ilə yanaşı, digər xərclər də qarşılanırmı?

Valyuta.az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

“İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının ölkəmizdə təhsili üçün təsis edilmiş təhsil qrantı proqramlarının davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyul tarixli 3956 nömrəli Sərəncamı ilə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib. 2024-25-ci tədris ilindən etibarən əcnəbi vətəndaşların “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsili nəzərdə tutulur.

Bununla yanaşı, Çin, Macarıstan, Qazaxıstan, Rumıniya və Tacikistan vətəndaşları hökumətlərarası təqaüd proqramları çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təqaüdlü təhsil ala bilirlər.

Qeyd edilməlidir ki, xarici ölkə vətəndaşları üçün təqaüd proqramları ölkəmizin bir sıra ali təhsil müəssisələri tərəfindən də ayrıca həyata keçirilir” – deyə Agentlikdən məlumat verilib. 

Agentlikdən bildirildi ki, əcnəbi tələbələr “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələri üzrə təhsil ala biləcəklər.

Hökumətlərarası təqaüd proqramları çərçivəsində isə Qazaxıstan vətəndaşları yerli ali təhsil müəssisələrində bakalavriat və magistratura, Çin, Macarıstan, Rumıniya və Tacikistan vətəndaşları isə müvafiq proqram çərçivəsində əlavə olaraq doktorantura səviyyəsi üzrə də təhsil ala bilirlər.

Qeyd edildi ki, təqaüd proqramları əcnəbi tələbələrin müxtəlif xərclərini qarşılayır. Belə ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı Azərbaycan Respublikasının hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.
Hökumətlərarası təqaüd proqramları çərçivəsində əcnəbi vətəndaşların təhsil xərci, tibbi sığorta, yataqxana və aylıq təqaüdü Azərbaycan, beynəlxalq nəqliyyat xərcləri isə göndərən və ya tələbələrin özləri tərəfindən qarşılanır.

Əvəz Həsənov
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AK tezliklə daha bir anti-Rusiya sanksiyalar paketini qəbul etməyi gözləyir

"İnşaat Konstruksiyaları" MMC məhkəmə qarşısında

Daha bir şirkət cərimələnə bilər

Rusiya Britaniya zonasında neft və qaz tapıb, indi çıxarmağa hazırlaşır - The Telegraph

İnnovasiya və Təchizat Mərkəzi 4 milyonluq dərman alır

"MAKITA BAKI" cərimələndi

Fiziklər illərlə axtardıqları sirli elementar hissəciyi kəşf etməyə yaxınlaşdılar

Keçmiş işçisi "Amrahbank"dan nə tələb edir?

Rusiyada Ukraynanın “Xortitsa” araq istehsalçısının keçmiş aktivləri həbs edildi

Agentlik Bakıda 165 minlik tədbir keçirəcək

Nikkei: Yaponiya 2040-cı ilə qədər yaşıl enerjinin inkişafı strategiyasını hazırlayacaq

İki şirkət arasında podrat qalmaqalı

Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtonun sanksiya siyasətinin faydasız olduğunu dedi

Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü (FOTO)

Tanınmış aparıcı vəzifəyə təyin olundu

ABŞ nəhayət Rusiyadan uran idxalına qadağa qoydu

Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub

Nasaz nəqliyyat vasitələrinin sahiblərinin NƏZƏRİNƏ: Sabahdan etibarən cərimələnə bilərsiniz

ABŞ yeni tariflərlə Çinə ticarət təzyiqini artıracaq

Mərkəzi Bank keyfiyyətsiz xidmət göstərən sığorta şirkətlərini açıqlayıb - Xalq Sığorta yenə öndə

Nazir direktoru təqaüdə göndərdi

Nazir direktoru təqaüdə göndərdi

Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? - VİDEO

Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərində görülən işlərin vəziyyəti açıqlanıb

AK İspaniyanı "Huawei"yə qarşı məhdudiyyətləri sərtləşdirməyə çağırır

Kənd təsərrüfatı məhsullarının qiyməti niyə ucuzlaşmır? (AÇIQLAMA)

İş adamı Dövlət Gömrük Komitəsini məhkəməyə verdi

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin