BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
39779

Ölkəmizdə cəmi 1 şagirdi olan 7 məktəb fəaliyyət göstərir. Həmin məktəblər İsmayıllı, Quba, Lerik (hərəsində 2 məktəb) və Ağsudadır (1 məktəb).

Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağsu rayon Axunlu kəndində yaşayan Zəhra Babayevanın 6 yaşı var. O, kənd məktəbinin yeganə şagirdidir. Hazırda birinci sinifdə oxuyan Zəhranı digər məktəblilərdən fərqləndirən, onun sinif yoldaşlarının olmamasıdır. Hər gün məktəbə tək gedir, partada tək oturur. Amma bütün bunlar onu dərslərindən geridə qoymur.

Məktəbin kollektivi cəmi 4 nəfərdən – direktor-müəllim, iki texniki işçi və bir şagirddən ibarətdir.

Otuz ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olan Zəhranın müəllimi Bədurə Babayeva deyir ki, əslində, onun üçün sinifdə uşaq sayının fərqi yoxdur. Şagird sayından asılı olmayaraq, tədris təyin olunmuş proqram üzrə aparılır: “Əvvəllər məktəbimizdə şagird sayı çox olub, indi isə bir nəfərdir. Bu da kənddə əhalinin sayının az olması ilə əlaqədardır. Amma gələn il 4-5 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində məktəbdə bir neçə şagird təhsil alıb, onlar ibtidai təhsillərini başa vurublar və hazırda qonşu kənddəki ümumi orta məktəbində təhsillərini davam etdirirlər”.

Kənd sakini Səməd Qəmbərov isə bildirib ki, kənddə cəmi 20 ev var. Qonşu kənddə tam orta məktəb olsa da, oraya xeyli məsafə var. “Bizim kəndlə o məktəb arasında 3 kilometr məsafə var. Ona görə də bu məktəbin olması bizim üçün yaxşıdır. Çünki azyaşlı uşaqların o qədər yolu piyada getməsi çətin məsələdir. Ona görə də kəndimizdə dərs keçirilməsi bizə daha uyğundur”, - deyə o əlavə edib.

Xatırladaq ki, ölkəmizdə cəmi 1 şagirdin təhsil aldığı 7 məktəb olsa da, şagird sayı 4000-dən çox olan 10 məktəb də var. Bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhərindədir. Eyni zamanda, şagird sayı 5000-dən çox olan 3 məktəbin 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabahın hava proqnozu

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (FOTO)

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin