BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
38248

Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib.

Nazirlikdən verilən xəbərə görə, dəyişikliklərə əsasən, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb. Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur. Həmçinin nazirliyin aparatında mövcud olan Beynəlxalq əməkdaşlıq, Maliyyə, Təhsilin iqtisadiyyatı, Vətəndaşlara xidmət və sənədlərlə iş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətini davam etdirəcək.

Struktur dəyişikliyindən sonra Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib.

Bununla yanaşı, Əliyev Elnur Qəzənfər oğlu nazirin müşaviri təyin edilib. Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək.

Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub.

Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinə Vəfa Yaqublu, Elm və ali təhsil siyasəti şöbəsinə Turxan Süleyman, Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinə Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji planlaşdırma və koordinasiya sektorunun müdiri Leyla Xəlilova Rzazadəyə həvalə olunub.

Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin müdiri Gündüz Əbdülov, Audit şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq

Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - Rəsmi açıqlama

Agentlik direktoru: Rus bölməsi üzrə sinif sayı artırıla bilər

Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Çin – Azərbaycan investisiya və ticarət əməkdaşlığına dair tədbir keçirilib

Nazirlikdə yeni təyinat

Xidmət sektorunda fəaliyyət göstərən şəxslər hansı vergiləri ödəməlidirlər?

Ləğv prosesində olan “Günaybank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə

2024-cü ildə kim daha çox işləyir? – 10 ölkə üzrə orta iş saatları

Xaricdən şokalad alışı artıb – Qiyməti nə qədər bahalaşıb?

Bəzi banklarda kreditlərin həcmi kəskin azalıb - SİYAHI

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Sabah yağış yağacaq, dolu düşəcək

Maaşının çoxunu geyimə xərcləyənlər - Necə səhv edirlər?

Ən çox mikro sahibkarlıq subyektləri hansı bölgədə fəaliyyət göstərir? – Rəqəmlər

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Apreldə 3,4 mindən çox şəxsə pensiya təyinatı aparılıb

Mayın 20-də lisey və gimnaziyalara ərizə qəbulu başlayacaq

“Mütəmadi olaraq işçilər psixoloji diaqnostikadan keçməlidir” – Bu, şirkətlər üçün niyə lazımdır?

Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu mövcud yoldan 9.2 km qısa olacaq

Saxta mesajlar göndərərək kart məlumatlarınızı almaq istəyirlər – DİN-dən xəbərdarlıq

Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb

Növbəti dörd il üçün planlar və bütün yeni "Apple" məhsulları açıqlandı

Şəkər və qənd istehsalı 40 faizə yaxın azalıb

"2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 %-dən çox artıb

Zakir Nuriyev: “Azərbaycanda fintex strategiyası hazırlanır”

Azərbaycanda birinci rübdə internet bankçılıq üzrə əməliyyatların həcmi 59 milyard manatı ötüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin