Təhsil
08.12.2023 / 15:51
Elm və Təhsil Nazirliyində yeni TƏYİNAT
38233
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Turxan Süleyman Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Bu barədə Valyuta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Turxan Süleyman Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay