Təhsil
04.12.2023 / 14:21
AZMİU-nun tələbə yataqxanası bərpa olunur
37827
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanası yenidən bərpa olunur.
Valyuta.az xəbər verir ki, bu barədə Universitetin rektoru Gülçöhrə Məmmədova məlumat verib.
O bildirib ki, Azərbaycan əraziləri işğal olunanda yurdlarından didərgin düşən vətəndaşlar universitetin yataqxanasında məskunlaşmışdılar.
"Artıq torpaqlarımız işğaldan azad olunub. Vətəndaşlar doğma yurdlarına geri qayıdırlar. Tələbələr üçün universitetin yataqxanası yenidən bərpa olunur”, - rektor vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay