BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32832

Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb.

Bununla da ölkədə 2023-2024-cü tədris ilinə start verilib.

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə Bilik günü qeyd olunub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Eyni zamanda, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagird təhsil alacaq.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Bundan başqa, işğaldan azad olunan ərazilərimizdəki məktəblərdə yeni tədris ilində ilk zəng çalınır. Bura Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Tərtər rayonu Talış kənd tam orta məktəbi, Füzuli şəhər 1 nömrəli tam orta məktəb və Laçın şəhər 2 nömrəli tam orta məktəbi aiddir. //report.az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı MÜHÜM XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin