05.06.2023 / 14:15
\"6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq\" - Rəsmi
28949
Məktəblərdə fənlərin say və standartlarına, məzmununa yenidən baxılması üçün müzakirələrə başlanılıb.
Valyuta.Az APA-ya istinadla xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.
O bildirib ki, bu, uzunmüddətli prosesdir:
"Bu il 5-ci sinif Təbiət dərsliyinin tədrisinə başlanılacaq, əvəzinə isə 6-cı siniflərdə biologiya və fizika dərslikləri tədris olunmayacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay