BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
11103

Dövlət İmtahan Mərkəzi aprelin 29 və ya 30-da keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət edib.

Qurumdan Valyuta.az-a verilən məlumata görə, aprelin 29-da Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində*, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün , aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

*internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AK tezliklə daha bir anti-Rusiya sanksiyalar paketini qəbul etməyi gözləyir

"İnşaat Konstruksiyaları" MMC məhkəmə qarşısında

Daha bir şirkət cərimələnə bilər

Rusiya Britaniya zonasında neft və qaz tapıb, indi çıxarmağa hazırlaşır - The Telegraph

İnnovasiya və Təchizat Mərkəzi 4 milyonluq dərman alır

"MAKITA BAKI" cərimələndi

Fiziklər illərlə axtardıqları sirli elementar hissəciyi kəşf etməyə yaxınlaşdılar

Keçmiş işçisi "Amrahbank"dan nə tələb edir?

Rusiyada Ukraynanın “Xortitsa” araq istehsalçısının keçmiş aktivləri həbs edildi

Agentlik Bakıda 165 minlik tədbir keçirəcək

Nikkei: Yaponiya 2040-cı ilə qədər yaşıl enerjinin inkişafı strategiyasını hazırlayacaq

İki şirkət arasında podrat qalmaqalı

Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtonun sanksiya siyasətinin faydasız olduğunu dedi

Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri ilə görüşdü (FOTO)

Tanınmış aparıcı vəzifəyə təyin olundu

ABŞ nəhayət Rusiyadan uran idxalına qadağa qoydu

Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub

Nasaz nəqliyyat vasitələrinin sahiblərinin NƏZƏRİNƏ: Sabahdan etibarən cərimələnə bilərsiniz

ABŞ yeni tariflərlə Çinə ticarət təzyiqini artıracaq

Mərkəzi Bank keyfiyyətsiz xidmət göstərən sığorta şirkətlərini açıqlayıb - Xalq Sığorta yenə öndə

Nazir direktoru təqaüdə göndərdi

Nazir direktoru təqaüdə göndərdi

Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? - VİDEO

Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərində görülən işlərin vəziyyəti açıqlanıb

AK İspaniyanı "Huawei"yə qarşı məhdudiyyətləri sərtləşdirməyə çağırır

Kənd təsərrüfatı məhsullarının qiyməti niyə ucuzlaşmır? (AÇIQLAMA)

İş adamı Dövlət Gömrük Komitəsini məhkəməyə verdi

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin