Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti
Dünən kriptovalyuta bazarını təəccübləndirən bir hadisə yaşandı: ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öz memecoinini bazara çıxardı.
Lansman ilk olaraq "Truth Social" platformasında elan edildikdə, bir müddət Trampın hesabının hakerlər tərəfindən ələ keçirildiyi düşünüldü. Lakin eyni paylaşım "X"də də yayımlandı və tezliklə əsas kriptovalyuta birjalarından yeni memecoinin siyahıya alınması ilə bağlı xəbərlər gəldi.
Maraqlı olan budur ki, Tramp bu memecoin lansmanından indiyə qədərki bütün həyatı boyunca qazandığı sərvətdən daha çoxunu bir gün ərzində əldə edib.
"Forbes"un təxminlərinə görə, Trampın ümumi şəxsi sərvəti 2024-cü ilin noyabrında 5,6 milyard dollar səviyyəsində qiymətləndirilirdi. Lakin memecoin lansmanından sonra Trampın sərvəti bir gün ərzində 22 milyard dollar artaraq təxminən 28 milyard dollara çatıb. Bu isə əgər "Forbes"un hesablamaları doğru çıxarsa, "TRUMP" memecoini sayəsində Trampın sərvətinin beş dəfə artması deməkdir.
Bununla belə, bu rəqəmlər yalnız Trampın "CIC Digital LLC" və "Fight Fight Fight LLC" adlı şirkətlərinə faktiki sahib olduğunu qəbul etdiyimiz halda keçərlidir. Bu şirkətlər "TRUMP" memecoininin ümumi təklifinin 80%-nə nəzarət edir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay