Ötən il dünya miqyasında ən çox pul xərclənən tətbiqlər - SİYAHI
Dünyanın sürətlə rəqəmsallaşdığı bir dövrdə istifadəçilərin hansı tətbiqlərə üstünlük verdiyini öyrənmək, texnologiyanın gündəlik həyatımızda necə dərin iz buraxdığını göstərir.
2023-cü ilin statistikası bir daha sübut edir ki, insanların maraqları getdikcə fərdiləşir, tətbiq seçimləri isə daha çox fərdi zövqlərə və ehtiyaclara uyğunlaşır.
Rəqəmsal əyləncə, tanışlıq tətbiqləri və qısa video platformaları bu il ən çox pul xərclənən kateqoriyalar arasında liderdir. Xüsusilə pandemiyadan sonra populyarlıq qazanan rəqəmsal əyləncə platformaları - "Netflix", "Disney+" və "Amazon Prime" - istifadəçiləri ekran qarşısında saxlamağa davam edir. Ən çox sevilən seriallar və filmlər, yorğun bir günün ardından istifadəçilərə arzuolunan istirahəti təqdim edir. Bununla yanaşı, bu platformaların müxtəlif yaş qruplarına uyğun məzmun hazırlaması onların rəqabətdə qalib gəlməsini təmin edir.
Valyuta.Az "HaberTürk"ə istinadən ötən il dünya miqyasında ən çox pul xərclənən tətbiqləri təqdim edir:
Rəqəmsal əyləncə (film - serial): İstifadəçilər 2023-cü ildə rəqəmsal əyləncəyə 8,2 milyard dollar xərcləyib. "Netflix", "Amazon Prime" və "Disney+" kimi platformalar geniş məzmun seçimi ilə bu sahədə liderlik edir. Xüsusilə pandemiya dövründə artan məzmun istehlakı rəqəmsal əyləncə platformalarının populyarlığını artırıb.
Tanışlıq tətbiqləri: Siyahının ikinci pilləsində tanışlıq tətbiqləri yer alır. Çox vaxt birbaşa yükləmə üçün ödəniş tələb olunmasa da, tətbiq daxilində alış-verişlərlə yüksək gəlir əldə edilir. 5,7 milyard dollarlıq xərc ilə bu tətbiqlər istifadəçilər arasında önəmli yer tutur. "Tinder" və "Bumble" kimi tətbiqlər sosial əlaqələrin qurulmasına və yeni insanlarla tanışlığa imkan yaradır. Sosial medianın fiziki tanışlıqları əvəz etdiyi bir dövrdə insanlar bu platformalar vasitəsilə yeni əlaqələr axtarır.
Qısa videolar: "TikTok", "Instagram" və "YouTube Shorts" kimi platformalar 4,3 milyard dollarlıq xərc ilə rəqəmsal dünyada önəmli mövqe əldə edib. İstifadəçilər qısa və əyləncəli videolarla vaxt keçirir və məzmun yaradır. Xüsusilə uzun videolara dözümlülüyün azalması bu platformalara marağı artırıb və buraya yönələn xərclər də yüksəlib.
Video paylaşımı: "YouTube" və "Vimeo" kimi platformalar 2,4 milyard dollarlıq xərc ilə video paylaşımı sahəsində ön plandadır. İstifadəçilər öz videolarını paylaşaraq geniş auditoriyalara çatır və müxtəlif məzmunlara çıxış əldə edirlər. Sosial medianın xəbər mənbəyinə çevrildiyi indiki dövrdə hər kəs özünü yaradıcı məzmun istehsalçısı kimi görür.
Mizah və jurnal: 2,3 milyard dollarlıq xərclə mizah və jurnal kateqoriyası da populyarlığını qoruyur.
Musiqi və podkast: "Spotify" və "Apple Music" kimi platformalar 2,1 milyard dollarlıq xərclə istifadəçilərin sevimlisinə çevrilib. Geniş musiqi kitabxanası və müxtəlif podkast məzmunları istifadəçiləri cəlb edir.
Bulud saxlama: "Google Drive", "Dropbox" və "iCloud" kimi xidmətlərə ötən il 2 milyard dollar xərclənib. İstifadəçilər fayllarını təhlükəsiz saxlamaq və paylaşmaq üçün bu xidmətlərə üstünlük verirlər.
İdman və canlı yayım: "ESPN" və "Twitch" kimi platformalar müvafiq olaraq 1,2 milyard dollarlıq xərc ilə idman və canlı yayım sahəsində liderdir.
Əlaqə: "WhatsApp" və "Telegram" kimi tətbiqlər 1,1 milyard dollarlıq xərclə gündəlik ünsiyyət ehtiyaclarını qarşılayır.
Digər kateqoriyalar: Foto redaktə, dil öyrənmə, süni intellekt modelləri və fitness tətbiqləri də istifadəçilərin xərclədiyi digər sahələr arasındadır.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay