Xaricdən aldığımız gübrə 90 faizə yaxın ucuzlaşıb - Qiymətlər
Cari ilin birinci yarımilində Azərbaycan xarici ölkələrdən 95 min 980 ton miqdarında, 41 milyon 452 min ABŞ dolları dəyərində gübrə alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 40 min 384 ton (72,6 %), dəyər ifadəsi ilə 4 milyon 805 min ABŞ dolları (13,1 %) çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında gübrə idxalının miqdarı 55 min 596 ton, dəyəri isə 36 milyon 647 min ABŞ dolları olub.
Hesabat dövründə idxal gübrənin bir kiloqramının orta qiyməti 0,43 ABŞ dolları (73 qəpik) olub ki, bu da illik müqayisədə 0,23 ABŞ dolları (39 qəpik) və ya 87 % ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 0,66 ABŞ dolları (1 manat 12 qəpik) olub.
Qeyd edək ki, bu dövrdə idxal olunan gübrə ümumi idxalın 0,45 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay