Statistika
17.08.2023 / 19:31
Ölkənin yarısı Bakı, Sumqayıt və Xırdalanda məskunlaşıb? – Statistika
31605
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin əvvəlində Azərbaycan əhalisinin sayı 10 milyon 156 min nəfər olub.
Komitənin açıqladığı məlumatda Azərbaycan əhalisinin 22,7%-nin və ya 2 milyon 303 min nəfərin Bakı şəhərində yaşadığı qeyd olunur.
Lakin qeyd edək ki, Statistika Komitəsinin açıqladığı digər məlumatlarda göstərilir ki, ölkə üzrə əhali tərəfindən istehlak olunan təbii qazın 36%-i, elektrik enerjisinin isə 40%-i Bakı şəhərinin payına düşüb.
Ümumiyyətlə ölkə üzrə əhali tərəfindən istehlak olunan təbii qazın 47%-i, elektrik enerjisinin isə 52%-i Bakı, Sumqayıt və Abşeronun (Xırdalan) payına düşüb.//Yeniavaz
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay