BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7676
  • RUB
    1.6798
  • TRY
    0.0482
  • GBP
    2.1318
62088

Kod məlumatı tələb etmədən sənaye layihələri hazırlamağa fokuslanan proqram platforması olan “Sitemate” yeni investisiya aldığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, “Sitemate” tərəfindən verilən məlumata görə, şirkət A seriyası investisiya turunda 18 milyon dollar investisiya alıb. “Sitemate” tərəfindən paylaşılan məlumata görə, yeni investisiya şirkətin məhsula yönəlmiş mühəndislik araşdırmalarına diqqət yetirməsi və müştəri bazasını genişləndirməsi üçün istifadə ediləcək.

“Sitemate”in 18 milyon dollarlıq investisiya turuna “Blackbird” rəhbərlik edirdi. İnvestisiya raundunun digər iştirakçılarına “Shearwater Capital” və “Marbuck” daxildir.

Xatırladaq ki, “Sitemate” 2023-cü ilin noyabrında 4,7 milyon dollarlıq investisiya almışdı. 18 milyon dollarlıq yeni investisiya ilə bu günə qədər Sitemate təşəbbüsü tərəfindən alınan ümumi investisiya 28 milyon dolları keçib.

2015-ci ildə Hartley Pike və Samuel McDonnell tərəfindən Sidneydə qurulan “Sitemate” mahiyyətcə “SaaS” platformasıdır. Şirkətlərə heç bir kodlaşdırma məlumatı tələb etmədən layihələrini rəqəmsallaşdırmağa imkan verən Sitemate, istifadəçilərinə müxtəlif platformalar təqdim edir.

4 fərqli platformaya sahib olan şirkət “Dashpivot”, “Gearbelt”, “Flowsite” və “Sitemate App” müştərilərinə sistem və aktivlərin idarə edilməsi, eləcə də inteqrasiya və mobil tətbiqlərdə dəstək təklif edir. “Sitemate”in verdiyi məlumata görə, şirkət son bir ildə sürətlə böyüyərək işçilərinin sayını 70-dən 140-a çatdırıb.

Qeyd edək ki,  Sitemate ötən ilin avqustunda “Nomad Fleet” startapını 2 milyon dollara alıb. Satın alındıqdan sonra “Sitemate” “Nomad Fleet” adını “Gearbelt” olaraq dəyişdirdi və onu istifadəyə verdi.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu gün Azərbaycanda matəm günüdür

"KDV Azərbaycan" cərimələnir

2025-ci ildə Avropada turist axını gözlənilən üç az tanınan şəhər

"ATLANTİS-2018 GLOBAL"a protokol tərtib edilib

"Milyarderlər sığınacağı"na köçdü, 1 milyard dollar vergiyə qənaət etdi

"Almet Holding" məhkəmə qarşısında

"Mars-A" gömrük bəyannaməsi təqdim etməyib?

"QIZIL ULDUZ 2001" məhkəmə qarşısında

Avropanın enerji böhranı və azalan ehtiyatları

İcra hakimiyyətinin 2,4 milyonluq iki tenderi ləğv edildi

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu” tapıldı

"De Beers" şirkəti milyardlarla dollarlıq almaz ehtiyatlarını sata bilmir

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib - Müvafiq tapşırıqlar verildi

2025-ci ildə gümüş üçün proqnozlar - "TD Securities"

Çinin elektromobil bazarındakı hegemonluğu

Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Bank sektorunun xarici öhdəlikləri artıb

Ötən ay 150-dən çox şəxs banklarda çalışmağa başlayıb

31 dekabr-2 yanvar tarixlərində gözlənilən ilkin hava proqnozu açıqlanıb

"Aqro-Vest DC" gömrük qaydalarını pozmaqda ittiham edilir

Kodsuz proqram platforması “Sitemate” 18 milyon dollar investisiya alıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Azərbaycanda süni intellekt laboratoriyası yaradılır

Matəm günü ilə bağlı dərslər dayandırılacaq?

"Toyota" avtomobil istehsalını ardıcıl 10-cu ayda da azaldıb

“Netflix” “Broadcom”un törəmə şirkətini məhkəməyə verib

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - YENİLƏNİB

"OpenAI" insanabənzər robot hazırlamağı planlaşdırır

"OpenAI" insanabənzər robot hazırlamağı planlaşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin