BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
8722

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq əməkdaşı Bayramov Fariz Nəriman oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Valyuta.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında sosial müavinətlərin təyin edilməsi ilə bağlı yol verilən qanunsuzluqlara dair daxil olan müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Aparılan istintaq zamanı DSMF-nin Ağcabədi rayon filialının müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Bayramov Fariz Nəriman oğlunun xidməti vəzifəsinin icrası ilə əlaqədar 2018-2020-ci illər ərzində ünvanlı dövlət sosial yardımın təyin olunmasına kömək edəcəyi müqabilində ayrı-ayrı rayon sakinlərinin kart hesabına köçürülən ödənişlərin ilk bir neçə aylıq məbləğini istəyərək müxtəlif vaxtlarda və yerlərdə nağd şəkildə almasına, həmçinin vətəndaşların bank kartlarını özündə saxlamaqla aylıq köçürülən pul vəsaitlərini nağdlaşdıraraq ümumilikdə 13 min manat məbləğində vəsaiti rüşvət qismində əldə etməsinə və sosial müavinət təyin etdirəcəyi adı ilə vətəndaşa məxsus xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Fariz Bayramov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma – təkrar törədilməklə), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropa yenidən enerji baxımından bir şirkətdən asılı vəziyyətə düşüb

Bu günədək nə qədər tələbə təhsil krediti alıb?

Azərbaycanda elektromobillik texnologiyasının genişləndrilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Dövlətə aid mənzilləri rüşvətlə istifadəyə verən vəzifəli şəxsin məhkəməsi başlayır

Nazir korrupsiyada ittiham olundu, Polşa danışıqları ləğv etdi

Fitch Solutions: Sürətli və ucuz ticarət yolları Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaq

Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu

Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

Azərbaycan Türkiyəyə xam neft və qeyri-neft məhsulları satışını azaldıb

Azərbaycanda 55 000 manata xurma ağacı satılır

Bəzi yerlər yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildi ®

MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib (FOTO)

Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Ölkədə heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrıldı

Rəşad Nəbiyev: "Azərbaycanın nəqliyyat üzrə gəlirləri 21 % artıb"

Repetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır?

Xocalı məhkəməsinə sədr təyin edilən Tural Ələkbərov kimdir?

Xocalı məhkəməsinə sədr təyin edilən Tural Ələkbərov kimdir?

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub

Rusiyanın neft və qaz büdcəsinin gəlirləri 82,2% artıb

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi – Borca görə

CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb

Azərbaycanda yenə zəlzələ olacaq?

Aİ Rusiya maye qazına qarşı sanksiyalar hazırlayır - “Bloomberg” açıqladı

Bu qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər

"Azercell" bu gündən bəzi tarif paketlərini 33%-dək bahalaşdırıb

Latviyaya ixrac potensialı olan məhsullarımız hansılardır? - Direktor açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin