BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
8633

Ekspert: "Əgər vətəndaş 55 yaşında əlilliyə görə pensiyaya çıxıbsa, onun 65 yaşında yaşa görə də pensiya hüququ yaranır. Həmin şəxs 65 yaşına çatanda, öz istəyindən asılı olaraq, pensiya növünü dəyişə biləcək"

Hazırda pensiya qanunverciliyində nəzərdə tutulan köklü dəyişikliklər vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Sputnik Azərbaycan-ın məlumatına görə, söhbət hazırda aparılan islahatlara pensiyaçının öz seçiminə uyğun olaraq, hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsindən gedir.

"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə pensiyanın 3 növü var:

"Yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar mövcuddur. Bu gün pensiya növünün dəyişdirilməsi pensiyaçının sərbəst hüququ deyil. Amma hazırda pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklər bu istiqamətdə manevr imkanları yaradacaq. Məsələn, şəxs əliliyə görə 55 yaşında pensiyaya çıxıb və 65 yaşında onun yaşa görə də pensiya hüququ yaranır. Həmin şəxs 65 yaşına çatanda istəyindən asılı olaraq pensiya növünü dəyişə biləcək".

Ekspertin sözlərinə görə, əgər əlillik pensiyası alan şəxs yaşa görə pensiya hüququ yarananda, daha çox təqaüd alacağını düşünürsə, bu pensiya növünü dəyişə biləcək. Bu addım pensiyaçıların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradacaq.

Bunun dünya təcrübəsində mövcud olduğunu vurğulayan ekspert, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçməyin şərtlərini də izah edib:

"Azərbaycanda pensiyaya çıxmaq vətəndaşın əmək hüquqlarını tam məhdudlaşdırmır. O, pensiyaya çıxsa da, işləyə bilər və yenə onun sığorta hesabına ödənişlər edilir. Vətəndaş hər 6 ildən bir sığorta ödənişlərinin cəminə uyğun olaraq pensiyasını təkrar hesablaya bilir. Pensiyaçı işlədiyi müddətdə əlil ola bilər. Bu zaman pensiyaçı daha çox ödəniş alacağı pensiya növünü seçə bilər. Məsələn, şəxs birinci dərəcəli əlil olanda 232 manat pensiya alır. Üstəgəl həmin şəxsə xidmət edənə 100 manat əlavə vəsait ödənilir. Bu da cəmi 332 manat pul edir.

Amma şəxs minimum pensiya kapitalı ilə yaşa görə pensiyaya çıxıbsa, cəmi 250 manat pul alır. İndi bunlar arasında 82 manat fərq var. Yaşa görə pensiya alan vətəndaş da düşünür ki, bunu əlilliyə görə pensiya növü ilə dəyişmək ona sərf edəcək, yəni daha çox pul alacaq. Bu zaman pensiyaçı müraciət edib əlilliyə görə pensiya hüququndan istifadə edə bilər".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, pensiya islahatlarının genişləndirilməsi indiki dövrdə daha aktualdır. Əsas məqsəd pensiya sistemində prosedurların azaldılmasına, vətəndaşların sosial təminat sahəsində hüquqlarının daha yaxından qorunmasına nail olmaq, daha üstün pensiya məbləğlərinin alınmasına yardım göstərməkdir. İslahatların əsas istiqamətlərindən biri pensiya hüququ ilə bağlıdır. Yaşa və əlilliyə görə pensiyaların seçilməsi ilə bağlı təklif edilən islahatlarda məhz belə bir hüququn verilməsi nəzərdə tutulub.

"Təklif edilən dəyişikliyə əsasən pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə keçmək imkanı olacaq. Məsələn, əlilliyə görə pensiyanın məbləği daha yüksəkdirsə, o zaman vətəndaş seçim edərək məhz həmin pensiyanı ala biləcək. Bu da pensiya məbləğlərinin artmasına gətirib çıxardacaq. Bu baxımdan, təklif edilən islahatlar pensiya məbləğinə birbaşa təsir göstərəcək", - deyə millət vəkili bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.

Qeyd edək ki, ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb. Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Bu artıma əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək ödənilməsi təmin edilib. Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.

2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edilib. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur.

Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən – ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.

Hazırda aparılan islahatlara ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi, əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması və s. kimi istiqamətləri əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"GƏNCƏ İLMƏÇİ"dən əməkhaqqı tələbi - Məhkəmə

Rusiya çip probleminə görə ana südü pompalarına möhtac qalıb - ABŞ MN

Ruslar artıq araqdan konyaka keçir

İran Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı: Hindistanla 10 illik müqavilə

"GENERAL CONSTRUCTİON GROUP" məhkəməyə verilib

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

DSX 260 min manatlıq yuyucu vasitələr və təmizlik ləvazimatları alır

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Yaxın tarixin 10 ən heyrətamiz tibbi kəşfi

Sabunçu Tibb Mərkəzi cərimələnə bilər

Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq

“Qaçqınkom”un 2 milyonluq kombi layihəsi

Keçmiş məmurların şirkətləri arasında nə baş verib?

Hindistan ABŞ sanksiyalarına görə Rusiya tankerlərinə sertifikat verməyi dayandırıb

"Perlit" gömrük qaydalarını pozduğuna görə məhkəmə qarşısında

ABŞ Çin idxalına rüsumları rekord dərəcədə artırmağa hazırlaşır

Hazırda ala biləcəyiniz ən yaxşı 10 smartfon (SİYAHI)

Diri Baba türbəsi bərpa ediləcək

Avropa yenidən enerji baxımından bir şirkətdən asılı vəziyyətə düşüb

Bu günədək nə qədər tələbə təhsil krediti alıb?

Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Dövlətə aid mənzilləri rüşvətlə istifadəyə verən vəzifəli şəxsin məhkəməsi başlayır

Nazir korrupsiyada ittiham olundu, Polşa danışıqları ləğv etdi

Fitch Solutions: Sürətli və ucuz ticarət yolları Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaq

Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu

Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

Azərbaycan Türkiyəyə xam neft və qeyri-neft məhsulları satışını azaldıb

Azərbaycanda 55 000 manata xurma ağacı satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin