BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
7531

Azərbaycan hakimiyyətində kök atmış oliqarxiyanın sıradan çıxarılması prosesi həm də ölkədən çıxarılan milyardlarla vəsaitin geri qaytarılmasına hesablanıb.

Həm müharibə, həm koronavirus pandemiyası ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Neft pulları isə artıq əvvəlki qədər başgicəlləndirən məbləğlərlə ölçülmür. Bu səbəbdən iqtidarın zirvəsində təmsil olunanlar tez-tez “postneft dövrü” ifadəsindən istifadə edirlər. Deməli, artıq “qara qızıl” əvvəlki kimi Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli faktor hesab edilmir. 

Qeyri-neft sektorunun inkişafı isə o qədər də sürətlə getmir. Monopoliya, dövlət qurumlarında rüşvət və korrupsiyanın kök atması, Azərbaycanda biznes strukturlarının əsasən oliqarx məmurların nəzarətində olması qeyri-neft sektorunun inkişafı ciddi maneədir.

Müşahidələr göstərir ki, iqtidar bu problemlərin kompleks şəkildə həllinə cəhd edir. Həbslərlə müşayət olunan anti-korrupsiya əməliyyatları, oliqarx məmurların sıradan çıxarılması və onların biznes imperiyalarının çökdürülməsi, nəticə etibarilə monopoliyanın qismən aradan qaldırılması buna nümunə ola bilər. Amma proses ləng gedir. Cəmiyyət bu məsələdə iqtidarın daha fəal olmasını arzulayır.

Ölkədən çıxarılan pulların geri qaytarılmasına gəlincə, belə düşünənlər var ki, problem inzibati amirlik üsulları ilə deyil, daha çox liberal yanaşma ilə həll edilə bilər. Bu fikirdə olanlar daha çox maliyyə aministiyasının tətbiq edilməsini məqsədəuyğun sayırlar. 

İqtisadçı alim Nazim Bəydəmirli isə hesab edir ki, bu üsul o qədər effektiv deyil. O, Hit.az-a açıqlamasında bildirib ki, hakimiyyət nəticə ilə deyil, səbəblə mübarizə aparmalıdır.

“Ölkədən bu və ya digər şəkildə maliyyə axının səbəbləri var. Əsas səbəb məmur sahibkarlığıdır. Məmur sahibkarlığı ölkə iqtisadiyyatı üçün təhdiddir. Hesab edirəm ki, ilk növbədə məmur sahibkarlığına son qoyulmalı, inhisarçılıq aradan qaldırılmalıdır. Məmurlardan gəlir və əmlak deklarasiyası tələb edilməli, onların fəaliyyətinə ictimai nəzarət olmalıdır. Bunun üçün medianın, vətəndaş cəmiyyəti institutlarının azad olması əsas şərtlərdən biridir”, - deyə iqtisadçı alim əlavə edib.

Nazim Bəydəmirlinin fikrincə, məmur sahibkarlığına son qoyulması büdcə oğurluğunun və ölkədən maliyyə axının qarşısını da alacaq:

“Maliyyə aministiyası uzun illərlə milyonlarla büdcə vəsaitini oğurlayan məmurlar üçün faydalı ola bilər. Hesab edirəm ki, oğurluq pulların geri qaytarılması üçün hakimiyyətdə kök atmış oliqarxiyanın zərərsizləşdirilməsi daha effektiv üsuldur".

//Hit.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin