BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7676
  • RUB
    1.6798
  • TRY
    0.0482
  • GBP
    2.1318
62042

"Azərbaycan Prezidenti 2024-cü il üçün ehtiyac meyarı həddini təsdiq edib. Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına da səbəb olacaq:

"Ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin aylıq rəsmi gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat- 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq.

Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat). Nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat- 900 manat) olur. Bu artım sosial qayğıya ehtiyacı olan ailələrin daha yaxından dəstəklənməsinə xidmət edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur analitiklərin 2024-cü il üçün "Bitcoin" proqnozları nə qədər dəqiq olub?

Plan qurmayıb, “İşləri çatdıra bilmirəm” deyənlər... -SƏHƏR OXUSU

Ali Məhkəmənin binası təmir olunacaq - Ayırılan vəsait

Bu gün Azərbaycanda matəm günüdür

"KDV Azərbaycan" cərimələnir

2025-ci ildə Avropada turist axını gözlənilən üç az tanınan şəhər

"ATLANTİS-2018 GLOBAL"a protokol tərtib edilib

"Milyarderlər sığınacağı"na köçdü, 1 milyard dollar vergiyə qənaət etdi

"Almet Holding" məhkəmə qarşısında

"Mars-A" gömrük bəyannaməsi təqdim etməyib?

"QIZIL ULDUZ 2001" məhkəmə qarşısında

Avropanın enerji böhranı və azalan ehtiyatları

İcra hakimiyyətinin 2,4 milyonluq iki tenderi ləğv edildi

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu” tapıldı

"De Beers" şirkəti milyardlarla dollarlıq almaz ehtiyatlarını sata bilmir

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib - Müvafiq tapşırıqlar verildi

2025-ci ildə gümüş üçün proqnozlar - "TD Securities"

Çinin elektromobil bazarındakı hegemonluğu

Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Nazirliyin 19 milyonluq müqavilə bağladığı şirkətin sahibi kimdir?

Bank sektorunun xarici öhdəlikləri artıb

Ötən ay 150-dən çox şəxs banklarda çalışmağa başlayıb

31 dekabr-2 yanvar tarixlərində gözlənilən ilkin hava proqnozu açıqlanıb

"Aqro-Vest DC" gömrük qaydalarını pozmaqda ittiham edilir

Kodsuz proqram platforması “Sitemate” 18 milyon dollar investisiya alıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Azərbaycanda süni intellekt laboratoriyası yaradılır

Matəm günü ilə bağlı dərslər dayandırılacaq?

"Toyota" avtomobil istehsalını ardıcıl 10-cu ayda da azaldıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin