Sosial
10.10.2024 / 15:31
Məşhur şirkətin baş direktorundan tövsiyə: Gələcəkdə işçilərə hansı bacarıqlar lazım olacaq?
57203
"Təxminən 600 milyon insan hər il iş yerini dəyişir".
Valyuta.az xəbər verir ki, bunu "Coursera" şirkətinin baş direktoru Nikolas Fuko Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
O bildirib ki, yaxın gələcəkdə hazırkı işçiləri süni intellekt bacarığı olan insanlar əvəzləyəcəklər:
"Bu keçid, təbii ki, olacaq. Çünki dünyada sürətli inkişaf tendensiyası var. Bu bacarıqları biz daim öyrənməliyik. Neft istehsalı güclü olan ölkələrdə bu keçid özünü daha qabarıq göstərəcək. Bu özlüyündə yeni iş fürsəti demək olduğu kimi, həm də konkret olaraq, bacarıq əksikliyini göstərir".
Baş direktor qeyd edib ki, gələcəkdə sosial, kommunikasiya bacarıqları daha vacib olacaq.
© Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay