Sosial
11.09.2024 / 15:33
Pensiyalarda artım az ola bilər - SƏBƏB
55406
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul ayları ərzində orta əməkhaqqında artım 8,3 faiz olub. Orta əməkhaqqının nominal dəyəri isə 1002,4 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, 2024-cü ilin birinci rübündə orta əməkhaqqı 10 faizdən çox artıb. Amma sonrakı aylarda orta əməkhaqqının artım sürəti tədricən zəifləyərək 8,8 faizə gerilədi. İyulda da artım sürətindəki azalma davam edib və 8,3 faizə enib.
Qeyd edək ki, Azərbaycanda orta əməkhaqqının artım sürəti pensiyaların da artım sürətinə təsir edir. Hər ilin fevralın əvvəlində orta əməkhaqqında artım sürətinə uyğun olaraq pensiyalar da artırılır. Əgər orta əməkhaqqında artım sürəti bu il aşağı olarsa, o halda peniyalarda artım zəif olacaq.
©Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay