BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
49685

Hərbçilərə əmək pensiyası hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.

Valyuta.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, “Əmək pensiyaları haqqında” qanunu ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olmuşdur. Bu redaksiyanın qanunda mətn üzrə aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasında çətinlik yaradır. Odur ki, bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasnın dəqiqləşdirilməsi üçün dəyişiklik təklif olunur.

Bundan əlavə, qanunun 9.5.2-ci və 20.14.2-ci maddələrində müvafiq olaraq “25 təqvim ili” ifadəsindən əvvəl “buraxıldığı günə” sözlərinin əlavə edilməsində məqsəd şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.

Belə ki, qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxıldığı günə 20 təqvim ili hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilir. Əgər, hərbi xidmətdən yaşa görə buraxılmış və buraxıldığı günə 12 il 6 ay hərbi xidmət keçmiş, həmin tarixə 25 il ümumi iş stajı olmayan, lakin sonradan işləyərək bu tələbi tamamlayan şəxslərə də hərbi qulluqçu kimi pensiya hüququ yaradılarsa, onda bu Qanunun 20.14.2-ci maddəsinə əsasən həmin şəxslərə də müvafiq təminat xərcliyinin 50 faizi miqdarında pensiya verilməli olduğu anlaşıla bilər.

Göründüyü kimi, bu 20 təqvim ili və daha çox hərbi xidmət etmiş şəxs ilə 12 il 6 ay hərbi xidmət etmiş şəxsin pensiya təminatları fərqləndirilmiş və nəticə etibarı ilə hərbi qulluqçuların hərbi xidmətdə qalması təşviq edilmişdir. Bu dəqiqləşdirici düzəliş olduğundan maliyyə yükü yaranmayacaq.

Layihə müzakirələrdən sonra III oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp ABŞ-ın süni intellekt qərarnaməsini niyə ləğv etdi? - Səbəblər

Bakıda hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək

Ötən il Azərbaycanda 6 min minik avtomobili istehsal edilib - Rəqəmlərdə artım

Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib

Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb

Xoşbəxt və qeyri-xoşbəxt pulun fərqi

Xoşbəxt və qeyri-xoşbəxt pulun fərqi

Özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detallar açıqlandı

“Xanımların işlə təmin edilməsi” adı ilə 57 nəfəri aldatdı

Metrodan istifadə qaydalarının pozulmasına görə cərimələr artırıldı

Gürcüstandan avtomobil idxalının azalmasının səbəbləri nələrdir?

Ödəmə terminalından 13 min manat oğurlandı

Fevralın 1-dən əmək pensiyasının minimum məbləği artır - MƏBLƏĞ

“Premium Bank”ın aktivlərinin dəyəri 44 milyon manat azalıb

Bizneslərarası rəqabətdə sağ qalmağın yolları

Bizneslərarası rəqabətdə sağ qalmağın yolları

AMB: Daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur

Macarıstan Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə yatıracaq

Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb

Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin növbəti məhkəməsi davam etdirilir

Həcc ziyarətinin qiymətləri son 5 ildə 2 500 manat bahalaşıb - Cədvəl

Həcc ziyarətinin qiymətləri son 5 ildə 2 500 manat bahalaşıb - Cədvəl

Səhiyyə Nazirliyi meymunçiçəyinin əsas əlamətləri və qorunma yollarını açıqlayıb

Azərbaycanda vəzifəli şəxsin evindən 244 minlik qızıl oğurlandı

“Azərbaycan İnvestisiya Holdinqi” sığortaçı axtarır

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxır

Milyarder Mark Kuban da memecoin buraxır? - Təfərrüatlar

"Meta"dan vacib yenilik - "CapCut"a rəqib video redaktə proqramı

Ötən il əhalinin gəlirləri 5 milyard manat artıb - Rəsmi

Ötən il əhalinin gəlirləri 5 milyard manat artıb - Rəsmi

Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı enib

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin